SENSASİYA-Leninin yəhudi olmağı arxiv sənədlərində

SENSASİYA-Leninin yəhudi olmağı arxiv sənədlərində

25 May 2011 18:04
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın GZT.ru saytının məlumatına görə, dünya proletariatının lideri, SSRİ-nin yaradıcısı, bir zamanlar Lenin baba adı ilə tanınan V.İ.Lenin, sən demə, yəhudi imiş. Bunu yenicə açılmış arxiv sənədləri sübut edir. Belə ki, Leninin böyük bacısı Anna Ulyanovanın məktubunda maraqlı bir fakt diqqəti cəlb edir. Orada yazılıb ki, Ulyanovlar ailəsinin ana tərəfdən babası Ukrayna yəhudisi imiş. Hansı ki, sonradan təhsil almaq imkanları qazanmaq üçün pravoslav-xristian dinini qəbul edib. Adıçəkilən məktub Rusiya Dövlət tarix muzeyində saxlanılır. O, illərdən bəri Leninin yəhudi olub-olmadığı barədə gəzən söz-söhbətlərə birdəfəlik son qoydu.

Anna Ulyanovanın 1932-ci ildə Stalinə göndərdiyi məktubda yazılır: "V.İ.Leninin babası Jitomir şəhərində yaşayan Moisey Blank adlı bir yəhudi idi. Bu, doğum şəhadətnaməsində də yazılıb. Vladimir İliç həmişə yəhudilər haqda yüksək fikirdə olub. Mən təəssüf edirəm ki, bizim yəhudi köklərimiz barədə onun xəbəri olmayıb." Qeyd edək ki, o zamanlar kommunistlər arasında da antisemitizm baş qaldırmışdı və yüksək təbəqələrdə yəhudilər arzuolunmaz insanlar kimi tanınırdılar. Odur ki, məhz həmin ərəfədə Leninin bacısı ölkə başçısına açıq məktub ünvanlamalı olmuşdu. Məktubda daha sonra yazılırdı: "Eşitmişəm ki, axır vaxtlar antisemit əhval-ruhiyə kommunist sıralarında artıb. Ona görə gizlətmək lazım deyil ki, dahi rəhbər V.İ.Lenin də yəhudi olub."

Yəhudiləri özünə rəqib bilən Stalin o zamanlar məktubun mətnini geniş ictimaiyyətə açıqlamayıb və hətta Anna Ulyanovadan bu sirri və məktubu məxfi saxlamasını tələb edib.

SSRİ tarixinə aid olan sənədlər 1990-cı ildən araşdırmaya açıq olsa da, 111 arxiv materialı, o cümlədən Leninin yəhudi olduğunu sübut edən məktub son zamanlar üzə çıxıb.

Lenin yəhudi olmasaydı, bap-balaca boyu ilə dünyanı 70 il barmağına dolamazdı...

Könül Aypara

O.M.