Qiyamət tarixi dəyişdi

Qiyamət tarixi dəyişdi

25 May 2011 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı keşiş 21 mayda dünyanın sonunun gələcəyini söyləyirdi, amma dediyi reallaşmayınca tarixi dəyişdi. Harold Kampinq indi də qiyamətin oktyabr ayının 21-də gələcəyini deyir. Dünən gecə öz təriqətinin radiosu 'Family Radio'da danışan 89 yaşlı keşiş hadisənin gerçəkləşməməyinin səbəbini, "Tanrı bizim qiyamətin yaşanacağı 5 ay ərzində acı çəkməmizi istəmədi. Ona görə də dünyanın sonunu tək bir səfərdə - oktyabrın 21 tarixində gətirəcək", - deyə açıqladı. 21 mayda dünyanın sonunun yaşanmamağına "çaşdığını" söyləyən Kampinq o gündən bəri ortaya çıxmırdı.

Doğrudan da dünyanın sonu gəlmək üzrədir. Çünki adi bir keşiş camaatı yalanına inandırmağa çalışır...

Günel Həbib

O.M.