İştaha açacaq yeni xəbər

İştaha açacaq yeni xəbər

24 May 2011 14:01
Bəyəndim (0) Bəyənmədim (0)
Dünyanın 10 ən yaxşı mətbəxi qarşınızdadır

Söz vaxtına çəkər. Artıq nahar vaxtıdır. Yemək yeməyi sevirsinizsə, sizin üçün iştaha açacaq bir xəbər hazırlamışıq. Dünyanın ən yaxşı 10 mətbəxini araşdırdıq. Baxın görün menyumuzda nələr var:

LİVAN - Orta Şərqin mətbəx mədəniyyətinə sahibdir. Ümumiyyətlə, Aralıq dənizinə xas yeməkləri tərəvəz baxımından olduqca zəngindir. Ancaq ət az istifadə edilir.

Türk və İtaliya mətbəxlərinə oxşayan YUNAN mətbəxi zeytun yağı, tərəvəz və ədviyyatların bolluca istifadə edildiyi yeməklərlə damaq zövqünüzə xitab edir. Yunanıstanda köhnə mətbəx mədəniyyətini də görmə fürsəti əldə edə bilərsiniz. Tarixi əsər xüsusiyyətindəki mətbəx və xidmətlə orta əsrlərə doğru səfər edə bilərsiniz.

Balıq və ət olduğu qədər, tərəvəzlərə də üstünlük verildiyi İSPAN mətbəxi müxtəlif ədviyyatlarla mərasim yeməklərini xatırladır. İspan yeməkləri yağın bolluca istifadə edilməsi ilə də məşhurdur. Yeməklərin yanında ən çox seçilən içki isə şərab və meyvələrdən düzəldilmiş sanqriadır.

YAPON mətbəxi gün keçdikcə daha geniş bir şəkildə tanınır və seçilir. Dünyanın dörd bir yanında olan 150 restoran arasında Tokio restoranları ən ləzzətli yeməklərə ev sahibliyi edir.

Müxtəlif ədviyyatları və dadları ilə MEKSİKA mətbəxi populyardır. Meksika mətbəxinə xas yeməklər ispan mətbəxinə də bənzəyir. Şirin çörəklərini isə fransızlardan alan bu mətbəxdə ekzotik yeməklərə rast gəlmək mümkündür. Məsələn, zınqırovlu ilan, iquana, böcəklər və marallar da menyuda qarşınıza çıxa bilər.

Turş, acı, şirin və duzlu dadları ilə TAYVAN mətbəxi hər cür damaq zövqünə uyğundur. Təzə ədviyyatların və tərəvəzlərin istifadə edildiyi yeməklərdə düyü bolluca istifadə edilir. Bundan başqa, balıq sousu və xərçəng püresi də tez-tez seçilir.

Dünyanın ən mürəkkəb və çeşidli mətbəxlərindən biri olan HİND mətbəxi şərq, qərb, şimal və cənub olmaq üzrə - ölkənin bölgələrinə görə ayrılmışdır. Ümumiyyətlə, vegetarian yeməklərin yanında qoyun, quzu, toyuq, balıq və keçi ətinə də rast gəlmək mümkündür. Yeməklərdə çəngəl-bıçaqdan istifadə edilməyə də bilər. Masa əvəzinə yer masasında oturulur. Hind mətbəxini sınamaq maraqlı bir macəra ola bilər.

ÇİNİN müəyyən bölgələrindən gələn və bütün dünyaya sürətli bir şəkildə yayılan Çin mətbəxi hər gün dünya əhalisinin 1/3-i tərəfindən seçilir. Yeməklərin çoxu dilim böyüklüyündə hazırlanır. Bunun səbəbi isə Çin mədəniyyətində çəngəl və bıçağın silah olaraq qəbul edilməsidir. Masaya oturan hər kəsə bir kasa plov verilməsi də ənənəvi bir vəziyyətdir. Çin mətbəxinin ən qəribə yeməyi isə şübhəsiz ki, it və müxtəlif heyvan ətindən hazırlanan yeməklərdir.

Dünyanın ən qədim mətbəxlərindən biri olan İTALİYA mətbəxində az qala hər şeyin içərisində zeytun yağı tapmaq mümkündür. Mətbəxin tarixi IV əsrə qədər uzanır. Normal bir italyan yeməyi 4 hissədən ibarətdir. "Antipasto" adı verilən başlanğıc, "primo" deyilən makaron, ya da plovdan ibarət isti yemək, "secondo" - yəni əsas yemək (ümumiyyətlə, ət yeməyi) və "dolce" adı verilən desert. İtaliyan mətbəxində 400 növ pendir və 300-dən çox sous vardır.

FRANSIZ mətbəxi ən azı ədəbiyyatı və sənəti qədər yaxşı tanınır. Unlu yeməklər fransız mətbəxinin əsasını təşkil edir. Pendir və şərab mədəniyyəti mətbəxin çox böyük bir hissəsini təşkil edir. Bir çox restoranı olan Fransada yalnız Paris şəhərində 5000 yemək məkanı vardır.

Yəqin ki, ağzınız xarici yeməklərdən sulandı. Elə isə, xəyallardan ayılıb Azərbaycan xörəklərini yemək vaxtıdır...

Günel Həbib

O.M.