Öldükdən sonra dostlarınızla danışın

Öldükdən sonra dostlarınızla danışın

23 May 2011 14:08
Bəyəndim (0) Bəyənmədim (0)
"Facebook"dan daha çılğın bir proyekt

Öldükdən sonra da "Facebook"dan dostlarınıza mesaj göndərmək istəyirsinizmi?

"Facebook"a əlavə olunan yeni proqramla öldükdən sonra da dostlarınıza son bir mesaj buraxmaq mümkündür. "If i Die" adlı layihədə "Facebookda"kı yoldaşlarınızdan etibar etdiyiniz şəxsləri seçirsiniz. Bu seçdiyiniz kəslərdən 3 nəfəri öldüyünüzü təsdiqləsə, "Facebook" səhifənizdə video, ya da son mesajınız yayımlanacaq. Bu "dəli" layihənin təqdimatı da dəli bir fikirlə həyata keçirilib. "Twitter" və "Facebook"da məkanlara zəng edilərək, şəxslər telefona çağırılıb. Telefona gələn kəslərə də "Ölüm səni hər an tuta bilər. "ifidie.net" ünvanına get və mesaj qoy" - deyilib.

Əgər siz də öldükdən sonra "Facebook"da dostlarınıza mesaj qoymaq istəsəniz, ifidie.net -i ziyarət edin.


Günel Həbib


O.M.