“Facebook” və “YouTube”da kampaniyaya başlayan qadın həbs edilib

“Facebook” və “YouTube”da kampaniyaya başlayan qadın həbs edilib

23 May 2011 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə qoyulan qadağaya etiraz etmək üçün "Facebook" və "YouTube"da kampaniyaya başlayan və ölkə küçələrində avtomobil istifadə edən qadın həbs edilib. Malan Əl Şərif adlı bu qadın "Facebook" sosial şəbəkəsində "Mənə elə avtomobil istifadə etməyi öyrət ki, özümü qoruya bilim" adlı bir səhifə açıb. 12 min təqibçisi olan bu qadın rəsmilərdən qadağanı aradan qaldırmalarını istəyib.

Ölkənin şərqindəki Xobar şəhərində "test-drive" edən Əl Şərif bu şəkillərini internetdə dərc etdirib. İnsan hüquqları müdafiəçiləri Əl Şərifin əxlaq polisi tərəfindən nəzarətə alındığını açıqlayıblar. Qeyd edək ki, Səudiyyə Ərəbistanı qadınların avtomobil istifadə etməsini qadağan edən tək ölkədir. Burada pulu olanlar özünə sürücü tutur. Aylıq 300-400 dollarlıq sürücü maaşını ödəyə bilməyənlər isə kişi qohumlarından birinin onları məktəbə, həkimə, alverə aparmasını gözləyir.

Xatırladaq ki, Malan Əl Şərif və yoldaşları 17 iyunda çox sayda qadının avtomobil istifadə etməsi üçün çağırış etmişdi.

Kişiləri idarə edə bilirsə, avtomobili daha asanlıqla idarə edər...

Tofiq Əliyev

O.M.