Yumurtadan uşaq çıxdı

Yumurtadan uşaq çıxdı

21 May 2011 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin Nottinqam şəhərində yaşayan Linni (38 yaş) və Endi (48 yaş) Bləkvel cütü 8 il ərzində süni mayalanma yolu ilə uşaq sahibi olmağa çalışdı. Lakin bütün sınaqlar müvəffəqiyyətsizliklə nəticələnincə, həkimlər çarəni toyuq yumurtasından tapdı.

Endi sonsuz olduğu üçün uşaq sahibi ola bilməyən cüt 2003-cü ildən bəri süni mayalanma üsulu ilə uşaq sahibi olmağa çalışırdı. Müalicəni aparan həkim araşdırmalar nəticəsində tək problemin Endinin sonsuz olmadığını, Linninin yumurtalıqlarının embrionu tutmaması səbəbiylə sınaqların müvəffəqiyyətsizliklə nəticələndiyini təyin etdi. İki qat edilən immunitet testindən sonra Linninin immunitet sistemində süni döllənmə ilə transfer edilən embrionların tutmasına mane olan qatil hüceyrələr olduğu aydınlaşdı. Həkim Corc Ndukvinin tövsiyəsi ilə cütlük tibb dünyasında yenilik hesab edilən "toyuq yumurtasından istifadə etmək" metodunun tətbiq olunmasını qəbul etdi. Bir toyuqdan alınan və embrionun inkişafını təmin edən yumurta zülalı ilə digər lazımi maddələr Linninin yumurtalığına yerləşdirildi. Bu, süni mayalanma öncəsi və sonrasında iki dəfə tətbiq olundu. Toyuq yumurtasından alınan zülalda olan yağlı turşular spermaları öldürən qatil hüceyrələrin təsirini azaltdı. Və nəticədə, Linni 2010-cu ilin mayında hamilə qaldı. Yeni üsul sayəsində cütlük fevral ayında 3 kilo ağırlığında Marti adında sağlam bir körpə sahibi oldu.


Günel Həbib