Sərvət dəyərindəki cib telefonları

Sərvət dəyərindəki cib telefonları

20 May 2011 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Görünüşcə sıradan telefonlara bənzədiyinə baxmayın - əslində bu telefonlar bir sərvət dəyərindədir.

Bir zamanlar 150-200 manata aldığımız cib telefonunun bahalı olduğunu düşünürdük. Çünki sms göndərməkdən və zəng etməkdən başqa bir işə yaramırdılar. Ancaq bu günlərdə telefonlar artıq bir söhbət vasitəsi, fotoaparat, veb kamera , GPS sisteminin yerinə keçə bilir və sanki kiçik bir kompüteri xatırladır. Bu səbəbdən telefonlar üçün artıq 600-700 manatın üzərindəki bir rəqəm çox da yüksək sayılmaya bilir. Ancaq bəzi şəxslər üçün bu da kifayət deyil. Bəzilərinin o qədər çox pulu var ki, qızıldan və brilliantdan ibarət olan telefonlar ala bilirlər.

"Le Dix by Celcius" telefonları bahalı saatdan ibarətdir. Onun dəyəri 300 min ABŞ dollarıdır.

"Vertu Signature"un ən ucuz telefonunun qiyməti 14000 dollardır. Ancaq qızıldan ibarət olan modeli isə 80 min dollardan satılır. Maraqlısı da budur ki, bir sərvət dəyərindəki telefonun adi kamerası belə yoxdur.

"Diamond Crypto Smartphone" brilliantlardan və ağ qızıldan ibarətdir. 1 milyon 300 min dollara satılan bu telefonun xüsusi bir özəlliyi var. Belə ki, telefonunuz itdiyi, oğurlandığı zaman sizin telefondakı bilgilərinizi qoruyacaq şifrələr mövcuddur.

Griiş düyməsini 6.6 karatlıq brilliant yerləşdirib, qızıldan "paltar" geyindirdiyinizdə nə əmələ gələ bilər? 2.5 milyon dollar dəyərində "Kings Botton iPhone" əmələ gələr.

"Goldstriker iPhone" 3 milyon dollarlıq qiyməti ilə dünyanın ən bahalı telefonudur.

Digər telefonlar "mən zənginəm" deyə bağırarkən, "VİPN Black Diamond Smartphone" (300 min dollar) 2 almazı önündə və arxasında səssizcə daşımaqdadır.

"The Chairman by Ulysse Nardin"i 50 min Amerika puluna almaq mümkündür.

"GoldVish Le Million"un (1 milyon 500 min dollar) Ginnes sertifikatı var. O, 18 karat ağ qızıldan və 1800 brilliantdan ibarətdir.

"Gresso Luxor Las-Vegas Jackport" 1 milyona satılır. Onun arxası dünyanın ən bahalı ağacından düzəldilib. Düymələri əllə cilalanmış kristaldan ibarətdir. 45.5 karatlıq qara brilliantlar isə aparatın üzünə düzülüb.

Günel Həbib