Sərxoş aktyor səhnədə yuxuya gedib

Sərxoş aktyor səhnədə yuxuya gedib

20 May 2011 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçin Malmö şəhər teatrında aktyorlardan biri tamaşa zamanı spirtli içki qəbul edərək sərxoş olmuş və elə səhnədəcə yuxuya getmişdir.

İki saatadək davam edən tamaşanın gedişində aktyor hər altı dəqiqədən bir 40 millilitr spirtli içki qəbul etmişdir. Bir müddət sonra aktyor özünü aqressiv aparmağa, qışqırmağa, söyüş söyməyə başlamışdır. Hətta vəziyyət o həddə çatmışdır ki, məsələyə tamaşaçılar müdaxilə etməli olmuşlar. Onlar qalan içkini aktyordan gizlətmişlər. Bundan bir qədər sonra içkili aktyor elə səhnədəcə yuxuya getmişdir.


Həyatdakı rolu ilə səhnədəki rolunu dəyişik saldı.


Tofiq Əliyev


O.M.