Litri 25 avroya ana südü

Litri 25 avroya ana südü

18 May 2011 17:44
Bəyəndim (0) Bəyənmədim (0)

Çində təxminən üç ay bundan əvvəl bir oğlu olan qadının südünü satışa çıxardığı bildirilir. Çinin ən böyük online satış saytı "taobao.com"da yazdığı qeyddə qadın oğlunun ehtiyacından çox olan südünü soyuducuda mühafizə etdiyini bildirib. Bundan başqa süddə "əlavə qatqı maddəsi olmadığını" və "keyfiyyətə zəmanət verildiyini" vurğulayıb. Qadın hər hansı bir satış əməliyyatına ehtiyac olmadığını da bildirib və süd almaq istəyənlərin evinə gələcəkləri təqdirdə onları təzə südlə təmin edə biləcəyini qeyd edib.

Əlavə qatqısı olmasa da, saxta ola bilər. Axı Çin malıdır...

Tofiq Əliyev

O.M.