Xarici almalar orqanizmə zərərlidir

Xarici almalar orqanizmə zərərlidir

18 May 2011 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

Həkimlər parıldayan almaların sirrini açaraq, xaricdən gətirilən almaların sağlamlığımız üçün çox təhlükəli olması barədə xəbərdarlıq edirlər. Almaları yaxşı saxlamaq və ixrac etmək üçün onları insan həyatı üçün təhlükəli, daxili orqanların fəaliyyətini pozan karbohidrogenlər qatışığı olan parafin və mumla dərmanlayırlar.

Belə almaların qoruyucu pərdəsindən qurtulmaq o qədər də asan deyil. Ən azı isti suyun altında yaxşıca fırçalamaq lazımdır. Üstəlik, belə almaların tərkibində vitaminlərin sayı da çox azdır.


Yerli almaların qiyməti düşmədiyi üçün göydən 3 alma düşdü. Üçü də xarici alma...

Könül Aypara

O.M.