İstanbul zəngin hind toyuna ev sahibliyi etdi

İstanbul zəngin hind toyuna ev sahibliyi etdi

17 May 2011 11:29
Bəyəndim (0) Bəyənmədim (0)


İstanbul görkəmli bir hind toyuna ev sahibliyi etdi. Üç gün, üç gecə davam edən röya kimi toyun mediaçılara sızmayan detalları nəhayət ki, açıqlandı.


Dünyanın ən zəngin iş adamlarından biri olan Lakşmi Mittal qardaşı oğlu Vartika Mittalı İstanbulda dillərə dastan kimi düşən bir toyla evləndirdi. Vartika Mittal və ingilis iş adamı Utsav Qoenkanın qızının hind ənənələrinə uyğun toyu üç gün, üç gecə davam etdi. Dünyanın dörd bir tərəfindən təxminən 500 qonağın qatıldığı mərasimdə "FYM Creative Group"un sahibi Yavuz Özdel günlərlə danışılan təşkilatın detallarını izah etdi. Özdelin verdiyi məlumata görə, təşkilat çərçivəsində bir həftə əvvəl London və Hindistandan 40 aşpaz Türkiyəyə gəldi. Qrup yerli məhsullarını və xüsusi ədviyyatlarını da yanlarında gətirdi. Toy ərzində qonaqlara təqdim edilən hind yeməkləri bu aşpazlar tərəfindən "Çırağan Sarayı"nda hazırlandı. Hindistandan ayrıca 1 ton ağırlığında gümüş çəngəl, bıçaq və qablar gətirildi.


Toydan bir gün əvvəl karnaval kimi parti keçirildi. 3 mayda "Sait Halim Paşa" villasında "Osmanlı Gecəsi" ilə başladı. Qonaqların gəmi ilə gəldiyi villada masalara xüsusi yeməklər düzüldü. Dörd ayrı dünya mətbəxindən də yeməklər hazırlandı.


4 maydakı xına gecəsinə "Çırağan Sarayı" ev sahibliyi etdi. Gecədə gəlin və Vartika Mittalın əl və ayaqlarına "medhindi" adı verilən xınalar yaxıldı. Hind rəqsləri ilə hərəkətlənən gecənin ən diqqət çəkici hissəsi isə Vartika Mittalın bacısı və böyük qardaşının səhnədə gəlin və bəyin şərəfinə oxuduqları mahnılar oldu.


Əyləncə bu qədərlə də məhdud qalmadı, xınadan sonra Su adasında görkəmli bir parti keçirildi. Atəşfəşanlıq nümayişləri ilə başlayan partidə hind və türk mətbəxlərindən yeməklər hazırlandı. Bundan başqa, min şüşə "Dom Perignon" şampanı açıldı.


Həyəcanla gözlənilən nikah 5 mayda "Çırağan Sarayı"nda baş tutdu. Çəhrayıya bürünən məkanda gəlin və bəy bir-birilərinə çiçəklər təqdim edərək, evlilik andı içdilər.


Yavuz Özdel dedi: "İstanbul dənizi və mənzərəsi ilə insanların xoşuna gəlir. Mittal ailəsinin İstanbulu seçməsinin səbəbi də bu şəhərin möcüzəli olmasıdır".


Toydan əvvəl təşkil olunan tədbirlər də daxil olmaqla hər gecənin xüsusi bir rəngi var idi: Bənövşəyi, qırmızı, çəhrayı və yaşıl. Xalçalar, salfet, stul və stul örtükləri də o gecənin rənglərinə görə hazırlandı. Bəzəmələr üçün cəmi 50 min çiçəkdən istifadə edildi. Çiçəklə hazırlanan heyvan fiqurları (fil, tovuz quşu, dəvə quşu və lama) üçün 30 nəfərlik bir qrup 15 gün ərzində işlədi. Toyda təşkilatı həyata keçirən "Mep Tur Turizm", "Fym Creative Group"dan cəmi 250 adam vəzifə aldı. Bu qrupa Hindistan və Londondan gələn 100 nəfər də həmkarlıq etdi. Bütün günlər üçün cəmi 255 rəqsçi və musiqiçi işlədi. Yemək xidmətində də 350-yə yaxın türk və hind xidmət işçisi çalışdı.


Bizim toyların yanında buna kiçik toy demək olar, yəni pul kəsdi...

Günel Həbib

O.M.