Ən gözəl odur

Ən gözəl odur

16 May 2011 17:56
Bəyəndim (0) Bəyənmədim (0)

Norveçdə dünyanın ən gözəl bığ və saqqal yarışması keçirildi. Alman bərbər Elmar Veisser 160 rəqibini geridə qoyaraq, üçüncü dəfə bu ada layiq görüldü. O, 2005-ci ildə Berlindəki "Bradenberq" qapısı, 2007-də isə Londonda "Tauver Bric" şəklindəki saqqalları ilə qalib olmuşdu. Saqqalına bacısının yardımı ilə forma verdiyini söyləyən qəhrəmanımız normalda onu belinə qədər endirdiyini vurğuladı.


1995-ci ildən bu yana hər iki ildə bir dəfə reallaşdırılan Dünya bığ və Saqqal Çempionatının iştirakçıları ümumilikdə 14 nominasiya üzrə yarışır.


"Saqqalım yoxdur, sözüm ötmür" burda deyiblər. Kişinin saqqalı da var, populyarlığı da...

Günel Həbib

O.M.