“Walt Disney World”dən 62 min dollar təzminat istədi

“Walt Disney World”dən 62 min dollar təzminat istədi

16 May 2011 17:44
Bəyəndim (0) Bəyənmədim (0)


2008-ci ildə ailəsi ilə birlikdə "Walt Disney World"ə tətilə gedən 27 yaşlı iki uşaq anası April Magolon əyləncə mərkəzində cinsi təcavüzə məruz qaldığını bildirərək 62 min dollar təzminat istəyib və şirkəti məhkəməyə verib. Məhkəməyə müraciət edən Magolon "Walt Disney World Resort"da "Donald Duck" kostyumu ilə gəzən işçinin ona təcavüz etdiyini və bu səbəbdən zədə sonrası əsəb sarsıntısı yaşadığını bildirib. Protokollara görə April Magolon nişanlısı və uşaqları ilə parkda əylənərkən "Donald Duck" kostyumlu bir işçi fotoşəkil çəkdirmək üçün onlara yaxınlaşıb. Adı açıqlanmayan şəxs iddiaya görə Magolona cinsi təcavüz edib.


"Disneyland" uşaqlarla yanaşı anaya da sürpriz hazırlayıb.

Tofiq Əliyev

O.M.