500 avroya nə qədər ömrünüz qaldığını öyrənin

500 avroya nə qədər ömrünüz qaldığını öyrənin

16 May 2011 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə 2011-ci ildə təqdim olunacaq bir qan testi sayəsində insanın nə zaman yaşlanacağını, nə qədər ömrü qaldığını bilmək olacaq. Həmin testlə elm adamları yaşlılığın nə qədər sürətli reallaşdığını ən dəqiq şəkildə ortaya qoyacaqlar. Bu yolda onlara "xromosom ucları" yardım edəcək. Ekspertlər 500 avroya satılacaq test sayəsində insanların bioloji yaşlarını öyrənmə şansını əldə edəcəyini bildirib. Telomer testinin gələcək 5-10 il ərzində daha da geniş yayılacağı düşünülür.


Sığorta şirkətləri bu testin bazara çıxarılmasının qətiyyən əleyhinədir. Ən azından ona görə ki, bu test şirkətləri "ölümə" apara bilər.

Günel Həbib

O.M.