Belə getsə, Bakıda nəfəs almaq çətinləşəcək

Belə getsə, Bakıda nəfəs almaq çətinləşəcək

5 Aprel 2011 16:14
867
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda hava normadan artıq tozludur. Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları verib.

Aparılan monitorinqin nəticələrinə görə, hazırda havada olan tozun miqdarı normadan 1,5-2,5 dəfə çoxdur.

Mütəxəssislər səbəb kimi Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxması və cənub-qərb axınları ilə Azərbaycana da gəlib çatmasını göstərirlər.

Hidrometeoroloji Proqnozlar Bürosunda yeni tətbiq olunmuş EUMETSAT peyk sistemi vasitəsi ilə bu hadisə hər 15 dəqiqədən bir yeniləşən peyk görüntüləri ilə izlənilir.

O.M.