Gecəni hansı avtomobillə keçirtmək istəyərdiniz?

Gecəni hansı avtomobillə keçirtmək istəyərdiniz?

14 May 2011 17:11
Bəyəndim (0) Bəyənmədim (0)


Gecəni "Mercedes"ləmi keçirtmək istəyərdiniz, yoxsa "Cadillac" kimi daha klassik bir modelləmi? Almaniyada bir otel müştərilərinə istədikləri avtomobillə əyləncəli dəqiqələr keçirtmək imkanı verir.


Stutqart - Meilenverqdəki "V8 Otel"ində otaqlar və yataqlar avtomobillərdən ibarətdir. Qonaqlar "Morris Minor"dan tutmuş "Mercedes"ə kimi - istədikləri avtomobilin içində yata bilərlər. Şəhərin eks Boblingen Hava Limanının içərisində inşa edilən otelin köhnə növbətçi binasının yerində indi 3 mərtəbəli suiti belə var. Gündəlik 487 dollar ödəyən müştərilər bu otelin bütün imkanlarından geninə-boluna istifadə edə bilirlər. Otaqlarda yanacaqdoldurma məntəqəsi, avtoyuma, teatr kimi dekorasiyalar da mövcuddur. 4 ulduzlu otelin 34 otağı var. Avtomobil ab-havası qeydiyyat mərkəzindən tutmuş restorana kimi davam edir. Əntiq aksessuarlar və dəbə uyğun parçalar, avtomobil dünyasına aid kiçik detallar da dekorasiyada istifadə olunub.


Məcburən maşında gecələyən görmüşdük. Amma buna görə pul verən yox...

Günel Həbib

O.M.