Yer üzünün maraqlı adası

Yer üzünün maraqlı adası

14 May 2011 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Yəmənin Sokotra adası fərqli fauna və florası ilə sizi qəribəliklər diyarına dəvət edir.


7 milyon il əvvəl Afrikadan qoparaq, ada halına gəldiyi təxmin edilən Sokotra dünyanın başqa heç bir yerində görülməyən 200-dən artıq bitki və heyvan növünə ev sahibliyi edir. Adanın ən diqqət çəkici hissəsi isə yuxarıdan baxıldığında göbələyə, aşağıdan baxıldığında isə yadplanetlilərin gəmisinə oxşayan ağacları, fil ayağına bənzəyən çöl gülləridir. Hind okeanındakı adaya ən yaxın yer 250 km uzaqlıqdakı Somalidir. Ancaq iki bölgə arasında kiçicik də olsa bir bənzərlik yoxdur. Adanın simvolik bitkisi isə "Əjdahanın qanı ağacı"dır. Onun tərkibindəki təbii qırmızı sudan qədimdən bu yana boyaçılıqda istifadə olunurmuş. Yarasalar da Sokotranın vaz keçilməyən "sakinləridir". Əhalinin demək olar ki, böyük hissəsi Hadiboh şəhərində yaşayır. Adı Sanskrit dilində "xoşbəxtlik adası" anlamını verən bu əsrarəngiz ada isminin xüsusiyyətini daşımaqdadır. 2004-cü ilə qədər asfalt yolu belə olmayan adada sadəcə 40 min nəfər yaşayır. 1967-ci ildə Mahra Sultanlğı ləğv olunduqdan sonra Sokatra Yəmən Xalq Demokratik Respublikasının tərkibinə keçmişdir. Hər il bura turistlər axın edirlər.


"Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" deyənlərə bir şeyi xatırladaq ki, Yəməndə də silahlı üsyan baş qaldırıb...

Günel Həbib

O.M.