Atılan körpələr artıq metal qutulara qoyulacaq

Atılan körpələr artıq metal qutulara qoyulacaq

13 May 2011 12:40
Bəyəndim (0) Bəyənmədim (0)


Cənubi Afrikada körpəsini atmaq istəyən analar üçün "metal körpə qutular" hazırlanıb. "Out of Africa Children's" adlı vəqfin başlatdığı bu işdə analar kimliyini məxfi saxlayaraq atmaq istədikləri körpələrini qutuya atırlar. Bundan sonra qutulardakı həyəcan siqnalı vəqf səlahiyyətlilərinin cib telefonlarına mesaj göndərir. Rəsmilər də körpəni qoruma altına alırlar. Layihə narazılıqlara səbəb olsa da, vəqf səlahiyyətliləri istənməyən körpə qutusunu müdafiə edirlər. Onlar bu layihə sayəsində ailələri tərəfindən istənməyən körpələrin qısa müddətdə qoruma altına alınacağını söyləyiblər.


Uşağını zibil kimi qutuya atan valideyn onunla bərabər öz vicdanını, insanlığını, arzularını və axirətini də atmış olur.

Tofiq Əliyev

O.M.