107 qadınla evləndi, 185 uşağı var

107 qadınla evləndi, 185 uşağı var

13 May 2011 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

84 yaşlı şəfacı Bello Maasabanın hazırda 19 yaşla 64 yaş arasında 185 arvadı var!

Qarşısına çıxdığı hər xanımla evlənən Bello onlardan 12-si ilə yollarını sonradan ayırıb. Nigeriyalının 133 həyatda olmaq şərti ilə ümumilikdə 185 uşağı dünyaya gəlib. Onlardan ən kiçiyi isə cəmi 1 aylıqdır. Şəriətin hakimiyyəti idarə etdiyi Nigeriyanın Niger şəhərində rəhbərlər şəfacıya bütün arvadlarından ayrılmasını və onlardan sadəcə 4-ü ilə ər-arvad münasibəti qurmasını əmr ediblər. Əmrə boyun əymədiyinə görə həbs olunan Bellonu yenə arvadları xilas edib. Onların istəyi ilə ailə həyatı qurduqlarını ifadələrində bildirən xanımlar qəhrəmanımızın azadlığa çıxmasını bu şəkildə təmin etmişlər. Bello Maasaba istədiyi qədər qadınla evlənməsini "Allahın əmr etməsi" ilə əlaqələndirir.


Bu yerdə şərhə ehtiyac duymuram.

Günel Həbib