Bal ayı üçün ada kirayələdilər

Bal ayı üçün ada kirayələdilər

12 May 2011 16:27
Bəyəndim (0) Bəyənmədim (0)

Şahzadə Uilyam və Ketin bal ayı üçün Hind okeanındakı Seyşellər adasına getdiyi təsdiq olundu. Cütlük çərşənbə günü yerli vaxtla 09.20-də bu adaya ayaq basıblar.

Seyşellər ada ölkəsi 115 adadan ibarətdir. Onlardan ən populyarı ən küks və gözlərdən uzağı olan "Sahil", Elizabet Harley, Bred Pit və Ceniffer Enistonun bal ayı keçirtdiyi "Fregate", şahzadə Uilyam və Keytin 2007-də getdiyi "Desroches" və hazırda olduqları "Cousine" adasıdır. Xatırladaq ki, şahzadənin bal ayını keçirtdiyi adada sadəcə 3-4 villa var. Və ona görə də bu adaya "Robinzon Kruzo" da deyilir. Günü 5 min manat olan bu turistik bölgədə məşhurları cangüdənləri qoruyur. Bundan başqa yeni evlənmişlərin xüsusi aşpaz və xidmətçiləri də mövcuddur.

Günel Həbib