"WikiLeaks”in yaradıcısının Moskva təəssüratları

"WikiLeaks”in yaradıcısının Moskva təəssüratları

12 May 2011 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyalı proqramçı Daniel Domaşayt Berq təəssüf hissi ilə bildirib ki, bu vaxtadək Rusiyaya az nəzər yetiriblər. O, yazdığı kitabında göstərir: "Rusiya hər addımbaşı təəccüb doğurası hadisələrlə doludur". Daniel Moskvada cəmisi bircə ay işləyib və həmin müddətdə dəfələrlə şok yaşadığını yazır: "Bu ay ərzində tək işləməkdən ayaqlarım qabar bağladı, avtomagistrallarda qorxudan bütün bədənim əsirdi və nəhayətdə sinirlərim korlandı. Hesablama mərkəzi quraşdırdığım ofisdə çalışan fəhlələr qırıntıları, zibilləri atmaq əvəzinə vurulan döşəmənin altına doldururdular. İnşaat müddətində 50-dən çox işçi bədbəxt hadisələrdən dünyalarını dəyişdi. Çox cüzi məvaciblə, qəpik-quruşa çalışan fəhlələrin güzəranları həddindən artıq ağır idi. Moskvadakı sürücülər haqqında təəssüratlarım daha qabarıqdır. Rus tanışımın maşınında səfər edərkən elə qorxdum ki, qapının qulpunu qırdım. Tanışım sükan arxasında istədiyi tryuku göstərir və deyirdi ki, məndə polis rəisinin " bu adama toxunmayın" sözləri yazılmış məktubu var. Məni hər şeydən çox qoca tanışımın qadınlara olan rəftarı təəccübləndirdi. Onun dörd aşnası vardı. Qoca onların hər birinə maşın mənzil bağışlamışdı".

Yəqin Daniel Berq rus xalqını "format" eləmək fikrinə düşüb.

Bəhram Mustafabəyli

O.M.