
Hamiləlik vaxtı siqaret çəkən qadınlar həbs ediləcək
Estoniyanın Ədliyyə nazirliyi hamiləlik zamanı siqaret çəkmək və ya orqanizmə ziyan vuran digər məhsullar qəbul etməyə görə müxtəlif cəzalar nəzərdə tutan yeni qanun layihəsi hazırlayıb.
Xəbərə görə, hamiləlik zamanı siqaret çəkən qadınlar 5 illik həbs cəzasına məhkum edilə və ya 96-1600 avro cərimə edilə bilərlər.
Qanun layihəsi yeni doğulacaq körpələri onların sağlamlığına ziyan vuran ananın hərəkətlərindən qorumaq üçün hazırlanıb.Sağlamlığın İnkişafı İnstitutunun məlumatına görə, ötən il hamilə qadınların 8,3 faizi siqaret çəkib.
O.M.
Digər xəbərlər