Çılpaq ofisiantlar sifarişinizi yerinə yetirərsə...

Çılpaq ofisiantlar sifarişinizi yerinə yetirərsə...

12 May 2011 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

"18 yaşdan kiçiklər girə bilməz. Kamera və toxunmaq yasaqdır. Ancaq nağd pul qəbul edilir." - tipli anonslar Amerikanın "The Grand View Topless Coffee Shop" adlı kafesinin qapısından asılıdır. Mainenin ən işlək küçəsindən biri olan Vasalboroda fəaliyyət göstərən kafe qeyri-adiliyi ilə seçilir. Çünki burada sifariş verdiyiniz bir fincan qəhvə sizlərə çılpaq qız ofisiantları tərəfindən servis edilir. Burada üç qadın və bir kişi ofisiant işləyir.

Amma kafe açılacağını anons etdiyi andan etibarən ətrafdakıların tənqidinə tuş gəlib. Kafe sakinlərin vəziyyəti məhkəməyə qədər aparmasıyla bağlanmaq təhlükəsi ilə üz-üzə qalsa da, hələ ki, fəaliyyətini davam etdirir.

Günel Həbib