“Viaqra” ilə yaşayan uşaq

“Viaqra” ilə yaşayan uşaq

6 Avqust 2013 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə yaşayan 5 aylıq Reuben Pakston adlı körpə gündə 4 dəfə "Viaqra" qəbul edir. Məlumata görə, dünyaya gələndə həkimlərin yaşamaq üçün 50% şansı olduğunu söylədikləri uşaq "Viaqra" ilə həyatda qalıb. O, dünyaya gələndə mədəsi, bağırsaqları və qaraciyərinin bir qismi sinə qəfəsində yerləşib, Həmçinin ağciyərlərinin də normal inkişaf etmədiyi məlum olub. Həkimlər 7 saat davam edən əməliyyatla daxili orqanları normal yerlərinə yerləşdirilən uşağın ağciyərlərinin inkişafı və qan dövranının yaxşılaşması üçün "Viaqra"dan istifadə etməsinə qərar veriblər.
Körpənin anası ona "Viaqra"nı necə içirdiklərindən danışıb:"Ona bunların balaca şokoladlar olduğunu deyirik. Ondan sonra içir".

O.M.