Dünyanın ən qədim almazı satılır

Dünyanın ən qədim almazı satılır

1 Avqust 2013 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən qədim almazı hesab edilən, 400 illik yaşı olan "Beau Sancy" almazı satışa çıxarılıb. "Sotheby`s" satış evində auksiona çıxarılacaq 35 karatlıq almazın 4 milyon dollara qədər satıla biləcəyi ehtimal olunur. Hindistanın Qolkonda şəhərinin məşhur ləl-cəvahirat mədənindən çıxarılan "Beau Sancy"yə Avropanın bəzi kral ailələri sahib olub. Qiymətli daşın sonuncu sahibləri isə Almaniya imperatorları imiş.

Fransanın paytaxtı Parisdə saxlanılan almaz London və Sürixdə nümayiş olunduqdan sonra, Cenevrədə auksiona çıxarılacaq.

O.M.