5 ulduzlu həbsxana

5 ulduzlu həbsxana

9 May 2011 12:36
Bəyəndim (0) Bəyənmədim (0)
Bu ölkədə nə ömürlük, nə də edam cəzası var


Norveçdə 120 şanslı məhkum paytaxt Oslo yaxınlığındakı "lüks" ada həbsxanasında cəzalarını çəkirlər. Dənizə 0 məsafədə yaşayan məhkumlar istədikləri zaman günəşlənir və ya balıq tutmağa gedirlər.

Həyat keyfiyyəti yüksək olan Norveçdə məhkumlar tətil kəndi kimi bir həbsxanada islah edilirlər. Horten qəsəbəsində yerləşən "Bastoy" həbsxanası bəlkə də hər bir məhkumun xəyallarını bəzəyən xüsusiyyətlərə sahibdir. Həbsxana rəhbərliyi "sakinlərə" üzgüçülük, balıq ovu, günəşlənmək və s. icazə verir. Bundan başqa, məhkumlar müxtəlif kurslarda da iştirak edirlər - alət çalmağı öyrənir, yemək bişirir, idmanla məşğul olurlar. Bir bölgədə toplu halda yaşayan norveçlilər hətta telsiz tv-dən də zövq alma imkanına malikdirlər. Həbsxana divarları arasında sərbəst şəkildə telefonla istədikləri vaxt yaxınları ilə əlaqə saxlayan cinayətkarların tək zorluq çəkdikləri amil səhər saat 08.00-da ayağa qalxıb, "həmkarları" ilə qəlyanaltı etməkdir. Məhkumlar çimərlik geyimləri ilə günəşləndikdən sonra xüsusi otaqlardakı saunalara baş çəkib, tərlərini tökürlər. Qış gələndə isə Günəşin yerini məhz solyari əvəz edir. Həbsxana rəhbərliyi, "Uzun müddət standart həbsxanada qalan məhkumlar sonradan buraya göndərilirlər" , - deyə açıqlamasında bildirib. Adaya yalnız qayıq və ya gəmi vasitəsilə gedilir. Bu həbsxanada əsasən ağır cinayətlərə imza atmışlar tutulurlar.


5 milyonluq əhalisi olmasına baxmayaraq, Norveçdə yalnız 3500 məhkum var. Edam və ya ömürlük həbs əzası olmayan ölkədə bir caniyə ən çox 21 il həbs cəzası verilə bilir. "Bastoy" həbsxanasına göndərilənlər burada təhsilləndirilərək, azadlığa buraxıldıqdan sonra asanlıqla cəmiyyətə uyğunlaşırlar.


Bülbül nə qədər qızıl qəfəsdə tutulsa da, onun xoşbəxtliyi yalnız açıq səmada görünür.

Günel Həbib

O.M.