Yararsız təyyarədən özəl və gözəl mebellər

Yararsız təyyarədən özəl və gözəl mebellər

7 May 2011 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Siz heç yararsız hala düşmüş təyyarə motorunun qapağının üstündə yatdınızmı? Yararsız halda olan - sərnişin kabinəsi yenilənən VİP və biznes-klass kreslolarında oturmağa nə deyirsiniz? Və ya ofisinizdə təyyarə oturacaqlarından ibarət mebel dəsti görmək istəyirsinizmi? Bütün bunlar mümkündür! Təki siz istəyin!

Amerikalı dizayner Donavon Fel qurduğu dizayn atelyesi "Motoart"da təyyarə parçalarını ev və ofislər üçün müasir mebellər halına çevirir. Köhnə bir döyüş təyyarəsi, ya da dünyanın ən böyük sərnişin təyyarələrindən biri olan "Boeing 747i"ın hissələri "Motoart"ın dizaynı ilə yeni bir görünüş qazanıb. Los-Ancelesdəki şirkət 6 nəfərlik dizayn qrupu ilə birlikdə qanad, pərvanə, mühərrik və kreslolarla bərabər yataq, lampa, bar, iş masası, divan və kürsü kimi mebellər hazırlayır.

Yenə amerikalı bir dizayn ofisi olan "Flight Studio Design" kolleksiyaçılara və aviasiya maraqlılarına təyyarə parçalarından evlərinə mebel olaraq qoyma fürsəti yaradır. Lampalar, masalar, kitab rəfləri, evinizin divarına asmaq üçün güzgü və ya saxsı "Flight Design Studio"nun təyyarə parçalarından çevirdiyi müasir mebellər halına gəlir. Pilot Oskar Qarsiya və həyat yoldaşı dizayner Yvette Qarsiya tərəfindən 2003-cü ildə qurulan şirkət yalnız mebel hazırlamır, eləcə də aviasiya ilə əlaqədar sərgilər də nümayiş etdirir.


Mebellərdə oturub xoş xəyalların qanadında uçmaq bax budur...

Günel Həbib

O.M.