Bəlkə də getmişsiniz, amma xəbəriniz yoxdur ki...

Bəlkə də getmişsiniz, amma xəbəriniz yoxdur ki...

7 May 2011 13:02
Bəyəndim (0) Bəyənmədim (0)
Dünyanın ən yaşlı şəhəri buradırmı?



Hazırda siz dünyanın ən qədim şəhərlərinin hekayəsi ilə qısaca tanış olacaqsınız.

Biri var idi, bir yox idi. Uzun illər əvvəl bu şəhərlər mövcud idi...


1. Varanasi - Hindistan. İlk yerləşmə eradan əvvəl 1000-ci il: Varanasi və ya digər adı ilə Benare Hindistanın Utta Pradeş əyalətinin şəhəridir. Hinduların müqəddəs hesab etdikləri Qanq çayının kənarında yerləşir və burada ibadət etmək üçün ölkənin dörd bir yanından gələnləri qonaq kimi qəbul edir.


2. Cadiz - İspaniya. İlk yerləşmə eradan əvvəl 1100-cü il: Cadiz İspaniyanın cənub-qərbində, Əndəlus muxtar bölgəsində yerləşir. O, İspaniya donanmasına ev sahibliyi edir. Şəhər Qərbi Avropa şəhərlərindən biri kimi sahib olduğu tarixi əsərləri ilə turistik mərkəzdir.


3. Tibay - Yunanıstan. İlk məskunlaşma e.ə 1400-cü il: Tibay qədim Yunanıstanda qurulan bir şəhər dövlətidir. Afinanın şimal-qərbindəki Boetya bölgəsində yerləşirdi. Tibay Şərqi Yunanıstanda - Boetyanın mərkəzində səmərəli bir yerdə qurulmuşdur. Onun tarixi qədim məlumatlara, əfsanələrə əsaslanır. Şəhərin qüvvətli sularla əhatəli olması buranın mərkəzi olmasını təmin edib. Köhnə yunan əfsanələrinə görə, Tibay şəhərinin qurucusu Kadmosdur. Tanrıların kralı Zevs öküzə dönüb, Kadmosun bacısı Europanı qaçırır. Bacısını axtarmaq üçün yollara düşən Kadmos Delfi kahinlərindən məsləhət alır. Kahinlər ona yolda qarşısına çıxacaq olan bir inəyi izləməsini, inək hara çöksə, orada bir şəhər qurmasını söyləyir. Onların sözünə qulaq asan Kadmos sonunda Boetyaya çatır və orada Tibay qalasını - "Kadmeyia"nı tikir.


Və göydən üç alma düşdü. Hər üçü mənim...

Günel Həbib

O.M.