Saraydan marketə

Saraydan marketə

7 May 2011 11:59
Bəyəndim (0) Bəyənmədim (0)


Kraliyyət ailəsinin gəlini olan Keyt Midleton 5 cangüdəninə rəğmən xalqdan qopmadığını bir daha sübut etmiş oldu. Şəhərin super marketlərindən birinə alış-verişə yollanan Keyt uzun müddət meyvə-tərəvəz bölümündə seçim etdi. Qiymət etiketlərini yaxşıca nəzərdən keçirtdi.


Bu arada onu da xatırladaq ki, şahzadə Uilyam da yenidən vəzifəsinin başına keçdi. Ölkəsinin vertolyot birliyində işləyən Uilyam dağlarda çarəsiz qalan 5 nəfərin həyatının xilas olunma əməliyyatında iştirak etdi. 70 yaşlı biri infarkt keçirdiyi üçün dərhal onu xəstəxanaya çatdıran xilasedicilər daha sonra digər 4 nəfəri də həyata qaytara biliblər.


Bar verən ağac başını aşağı salar. Bizdə isə bar verən də, verməyən də başını göydə tutur. Daha xəbərləri yoxdur ki, gövdələrinin hər tərəfini alaq otları basıb...

Günel Həbib

O.M.