Kraliça öz şampanını istehsal edəcək

Kraliça öz şampanını istehsal edəcək

6 May 2011 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya kraliçası öz şampanını istehsal etmək qərarına gəlib. Kraliça Elizabet bunun üçün Vindsorda bağ saldırır.


Bağ proyektinə məsul "Laithwaites Wine" şirkətinin səlahiyyətlisi Simon Mc. Murtriye gələn həftə 16 mindən çox asma fidanın əkiminə başlanılacağını dilə gətirib. O, belə bir layihədə kraliça ilə işbirliyi qurduğu üçün qürur hissi keçirdiyini şərhinə əlavə edib.


Bu layihənin ölkədə şərab istehsalını inkişaf etdirməyə, məşhurluğunu artırmağa dəstək olacağını düşünənlərin sayı çoxdur.


Bir gün biri çıxıb Ömər Xəyyamsayağı kraliçaya deyəcək: "biz şərab içirik, sən xalq qanını, insaf et, hansımız daha qəddarıq?!"

Günel Həbib

O.M.