Dünyanın ən zəngin anasının 26.5 milyard dolları var

Dünyanın ən zəngin anasının 26.5 milyard dolları var

5 May 2011 17:40
Bəyəndim (0) Bəyənmədim (0)
"Forbes" açıqlayır ki...

8 May dünyanın bir çox ölkələrində "Analar günü" kimi qeyd edilir. Məhz bu günün şərəfinə nəşr olunan "Forbes" dünyanın ən zəngin analarının adlarını açıqladı. Onlardan bir qismi sərvətlərinə mirascı olaraq sahib olarkən, digərləri bu günə dırnaqları ilə qazıya-qazıya gəlib çıxıblar. Sonuncuların cəmi sərvəti 317 milyard dollar təşkil edir. Ailədən gələn zəngin anaların sərvəti isə 3.5 trilyon dollardır.

"Star" qəzetinin xəbərinə görə, ilk sırada dünyanın ən böyük şirkəti ABŞ supermarket zənciri "Wal-Mart"ın sahibi Kristi Valton yer alır. 26.5 milyard dollar sərvəti olan 56 yaşlı Valton "Wal-Mart"ın qurucusu həyat yoldaşı Con Valtonun 2005-ci ildə təyyarə qəzasında ölməsindən sonra bu sərvətin sahibi olub. Bu gün şirkət 405 milyard dollar satış gəliri ilə bir dünya nəhəngidir.

İkinci sırada fransız Liliane Betenkourt gəlir. Dünya kosmetika nəhəngi "L'Oreal "ın sahibi olan Betenkourtun 88 yaşı var və sərvəti 23.5 milyard dollardır. Betenkourtun sərvəti atasından ona qalıb. Üçüncü sırada Çilidən olan Iris Fontbonadır. Sərvətini həyat yoldaşı Andronico Luksicin 2005-ci ildə xərçəngdən ölümündən sonra əldə edib. Fontbona dünyanın ən böyük mis mədənlərinin sahibi" Antofagasta" şirkətini idarə edir. Siyahıda "Heineken"'in, "Mars Şekerlemeleri"'nin, "Zara"nın və "BMW"nin üzvləri - şərikləri də var.


Qadının ən böyük var-dövləti onun ailəsidir...

Günel Həbib

O.M.