"Hörümçək adam"ın növbəti dayanacağı - binası

"Hörümçək adam"ın növbəti dayanacağı - binası

5 May 2011 14:04
Bəyəndim (0) Bəyənmədim (0)


"Hörümçək adam" ləqəbi ilə tanınan fransız Alain Robert indi də Avropanın ən yüksək binası olan Sapphirəyə dırmaşmaq qərarına gəlib. "Hörümçək adam" dayanmaq bilmir! Dırmanmaqda sərhəd tanımır! O, dünyanın ən yüksək binası olan Burk-Xalifadan sonra bu dəfə də Sapphirəyə dırmanmağa cəhd göstərəcək.


Bundan 17 il əvvəl Abu Dabidəki "National Bank"a dırmanmaqla yaddaşlara həkk olunan və ardından bir çox yüksək binaya dırmaşaraq, ürəkləri ağızlara gətirən Robert "Empire States", "Eyfel" qülləsi kimi binaların da olduğu bir çox göydələni "fəth etdi". Onun ən böyük xüsusiyyəti isə heç bir təhlükəsizlik tədbiri almadan, çılpaq əllə bu binalara dırmanmağıdır.

İndi isə 'Hörümçək adam' yalnız Türkiyənin deyil, Avropanın da ən yüksək binası olan Sapphire göydələninə dırmaşmaq niyyətindədir. Ona görə də Robert çox yaxında İstanbulda olacaq.


Qəhrəmanımız göyə qalxdıqca gözlərdə daha da yüksəlir. Lakin yüksəklikdən düşmək daha ağır olur...

Günel Həbib

O.M.