Azərbaycanda nə qədər "Facebook"çu var?

Azərbaycanda nə qədər "Facebook"çu var?

4 Aprel 2013 15:34
Bəyəndim (0) Bəyənmədim (0)
Siyahı...

"Socialbakers" araşdırma mərkəzi facebook istifadəçilərinin yeni reytinq göstəricisini açıqlayıb. Siyahıya 163 milyon istifadəçi sayı ilə ABŞ liderlik edib. Növbəti pillədə 100 milyonluq fərqlə, təxminən 66 milyon istifadəçi ilə Braziliya, üçüncü yerdə isə 63 milyonla Hindistan qərarlaşıb. Ən aşağı göstəricilər isə 20 nəfər istifadəçisi ilə Vatikanda qeydə alınıb. Siyahıda Azərbaycan təxminən bir milyon istifadəçisi ilə 81-ci yerdədir. Cədvəldə qonşu Türkiyə 6-cı, Rusiya 29-cu, Gürcüstan – 85, Ermənistan – 112-ci yerdə göstərilib. Qeyd edək ki, siyahıda ümumilikdə 212 ölkə var.

O.M.