Yol hərəkəti qaydalarını bilirikmi?

Yol hərəkəti qaydalarını bilirikmi?

3 Aprel 2013 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Kimə bu sualı versən, əminliklə: "Əlbəttə, bilirəm", - cavabını verəcək, "Burada bilməli nə var ki - qırmızı, yaşıl, sarı işıq və bir neçə dənə də yol nişanı", - deyəcək. Düzü, piyadalar üçün bunları bilmək, bəlkə də, kifayət edir. Sürücülərin isə bilikləri çox olmalıdır. Amma onların qaydaları nə dərəcədə yaxşı bilmələri yollarda maşını necə sürmələrindən görünür.

Bu gün Bakıda, demək olar ki, hər üçüncü adam sükan arxasındadır. Elələri var ki, yol nişanlarını təcrübədə öyrənirlər. Misal üçün, atalarının maşınını idarə etməklə evlərinə yaxın ərazilərdəki yol nişanlarını bilirlər. Amma yol nişanlarının sayı çoxdur və onların hamısını bilmək lazımdır ki, yollarda təhlükəsiz ola biləsən.
Bakıda nə sürücülər, nə də piyadalar qaydalara diqqət edirlər. Yolu keçərkən sanki piyadalar kütləvi şəkildə daltonikə çevrilirlər və qırmızı işıqda kamikadze kimi özlərini maşınların altına atırlar. Bəs siz yol hərəkəti qaydalarını bilirsinizmi? Nəyə görə bu qaydalara və öz həyatımıza belə soyuq yanaşırıq?

O.M.