Diqqət! "YouTube" bağlanır, videolar silinir...

Diqqət! "YouTube" bağlanır, videolar silinir...

1 Aprel 2013 09:34
Bəyəndim (0) Bəyənmədim (0)
1 Aprel ...

"Google" şirkəti istifadəçiləri ilə zarafat edib və onlara "YouTube" portalının 2023-cü ilədək bağlanması ilə bağlı xəbərdarlıq ünvanlayıb. "Aprelin 2-də gecə yarısı "YouTube" portalı fəaliyyətini dayandıracaq. Bu, mütəxəssislərin növbəti 10 il ərzində bütün zamanlarda yerləşdirilmiş ən yaxşı videonun müəllifini müəyyənləşdirməsi üçün edilir", - şirkətdən bildirilib. Bundan başqa, "Google" istifadəçiləri sevdikləri videolara tez bir zamanda baxmağa çağırıb. Çünki bütün videolar silinəcək. Sonda məlum olub ki, şirkət istifadəçiləri ilə 1 aprel zarafatı edibmiş. Qeyd edək ki, hazırda "YouTube"un auditoriyası 1 milyard nəfərdir.

O.M.