Çin alimləri unikal parça hazırlayıb

Çin alimləri unikal parça hazırlayıb

4 May 2011 11:59
Bəyəndim (0) Bəyənmədim (0)


Pambıq parçaları nanohissəciklərlə emal edən Çin alimləri sudan və ultrabənövşəyi şüalardan qoruyan unikal geyim hazırlayıblar.

Parçanın hazırlanması prosesi üç mərhələdən ibarətdir. Əvvəlcə parçanı 12 saat müddətinə sink oksidi nanokristalları olan qabın içərisinə salır, daha sonra 48 saat müddətinə 95º temperaturda avtoklavda saxlayırlar. Qurudulmuş parçada ultrabənövşəyi şüalar keçirməyən sink oksidi nanomilləri əmələ gəlir. Millərə nazik silisium-dioksid təbəqəsi çəkmək üçün həmin prosesi avtoklavda təkrar edirlər. Bu yolla alınmış materialda şanagüllə gülündə olduğu kimi superhidrofob xassələr saxlanılır.

Pambıq sapların strukturunun mürəkkəb olmasına baxmayaraq, nanohissəcikli təbəqə qarışıqsız alınır. Yeni material həqiqətən unikal xassələrə malikdir. Parçanın yuyulmağa da ehtiyacı yoxdur. Onun ultrabənövşəyi şüalardan müdafiəsi 101.15 həddinə çatır.
Layihənin müəllifləri əmindirlər ki, yenilik bir çox sahələrdə tətbiq ediləcəkdir.