Saatlarla isti qalan qəhvə

Saatlarla isti qalan qəhvə

4 May 2011 11:13
Bəyəndim (0) Bəyənmədim (0)


Amerikalı ixtiraçı qəhvə istiliyini saatlarla qoruyub saxlayan müdhiş bir kəşfin altına imzasını atdı.

"Coffee Joulies" adlı metal nüvələr sayəsində qəhvə istiliyini normaldan 3 qat daha çox - 5 saat qoruyur. Metal nüvələrin içində xüsusi bir maddə isti qəhvənin içinə atıldığında sürətlə əriyərək qəhvənin içindəki termal istiliyi əmir. Beləcə, qəhvə içilə biləcək istiliyə gəlir. Daha sonra qəhvə soyuduqca nüvələr yığılan enerjini balanslı bir şəkildə fincana geri verərək, qəhvənin saatlarla isti qalmasını təmin edir. Yaxında bazara çıxacaq nüvələrin paketi 50 dollara (40 AZN) satılacaq. Zərərsiz olduğu ifadə edilən nüvələr qəhvənin yanında digər isti içkilər üçün də istifadə edilə biləcək.


Məncə, qəhvəni süzüb nahara getməkdənsə vaxtında içmək məsləhətdir.

Günel Həbib

O.M.