Ben Laden turizmi

Ben Laden turizmi

3 May 2011 21:28
Bəyəndim (0) Bəyənmədim (0)


Amerika tərəfindən tarixi əməliyyatla öldürülən Ben Ladenin qaldığı ev ətrafdakıların, mediaçıların axınına məruz qalıb. Pakistanın qanun keşikçiləri tərəfindən ciddi şəkildə nəzarət altında saxlanılan İslamabaddakı malikanəyə olan maraq gündən-günə artır. Jurnalistlər zərər görən ABŞ vertolyotunu və ətrafı nəzarətdən keçirirlər. Pakistan xalqı isə "dünyanın ən çox aranan siması"nın öldürüldüyü evdən xatirə saxlamaq üçün axtarışlarını davam etdirir.


Bunu Ben Laden turizmi adlandıranlar da olar. Bələdçi isə təbii ki, "qəhrəmanımız" deyil...

Günel Həbib

O.M.