Göyçayda 2-ci sinif şagirdinin bədənində güclü bioenerji aşkarlanıb

Göyçayda 2-ci sinif şagirdinin bədənində güclü bioenerji aşkarlanıb

25 Fevral 2013 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonunda azyaşlı uşaq bədəninə metal əşyalar yapışdırmaqla hamının marağını cəlb edir. Rayonun Mırtı kənd orta məktəbinin 2-ci sinif şagirdi olan Rəcəb Cəbiyevin bədənində güclü bioenerji aşkar olunub. Səkkiz yaşlı Rəcəb bədəninə metal qaşıqlar, çəngəl və bıçaqlar, açar, mobil telefonlar və digər əşyalar yapışdıraraq son günlər rayonda "Maqnit uşaq" kimi böyük marağa səbəb olub. O sinəsində və kürəyində eyni vaxtda 30-dan artıq metal əşyanı əl vurmadan saxlaya bilir. Ailə üzvləri arasında yalnız Rəcəb Cəbiyevdə olan bu qeyri-adi gücün nədən ibarət olduğu hələ ki, məlum deyil.

O.M.