“Tom və Cerri” 73 yaşında

“Tom və Cerri” 73 yaşında

20 Fevral 2013 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün məşhur "Tom və Cerri" cizgi filminin ilk bölümünün ekrana çıxmasının 73-cü ildönümüdür.Oxumeni.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, cizgi filmi rejissorları Uilyam Xann və Cozef Barberin ərsəyə gətirdiyi cizgi filmi ilk dəfə 1940-cı il fevralın 20-də ekrana çıxıb.Cizgi filminin süjeti Tom adlı pişiyin Cerri adlı siçanı tutmaq üçün göstərdiyi uğursuz cəhdlərlə bağlıdır. Düzdür, cizgi filminin bəzi bölümlərində Tom və Cerri sülh şəraitində yaşasa da, Tom daim Cerrini izləyir. Öz sahibinə qulaq asmağa çalışan, lakin həm ev, həm də küçə qaydaları ilə yaşayan Tom çox vaxt Cerri üçün qurduğu tələyə özü düşür. Müstəqil həyat tərzi yaşayan Cerri isə daim yemək barədə düşünür, mətbəxdəki soyuducudan ərzaq götürməyə çalışır, ya da istirahət edir. "Tom və Cerri" 1940-1958-ci illərdə 7 dəfə "Oskar" mükafatına layiq görülüb.

O.M.