Bu jaket üçün  9 min 950 metr uzunluğu və 500 kq çəkisi olan ipdən istifadə edilib

Bu jaket üçün 9 min 950 metr uzunluğu və 500 kq çəkisi olan ipdən istifadə edilib

20 Fevral 2013 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə dünyanın ən böyük jaketi toxunub. Geyim Ginnesin rekordlar kitabına düşsə də, məqsəd heç də rekord qırmaq olmayıb. Məlumata görə, məqsəd edletrik enerjisinə qənaaətinə diqqət çəkməkdir. Belə ki, iş adamları evdə və iş yerlərində jaket geyinərək ildə 2 milyard dollar qənaət edilə biləcəyinə diqqət yönəldiblər. Jaket Bayrampaşa Bələdiyyəsinin binasından asılıb. Məsələnin ciddiliyini göstərmək üçün hətta Avropa Birliyi naziri və baş müşavir Egemen Bağış eyni jaketin ən böyük ölçüsünü geyinib. Jaketin hazırlanmasına 30 gün sərf edilib. 18 metr eni, 46 metr uzunluğunda olan geyim üçün 9 min 950 metr və 500 kq çəkisi olan ipdən istifadə edilib.

O.M.