Zənginlərə görə hər il 30-70 milyon köpək balığının üzgəci kəsilir

Zənginlərə görə hər il 30-70 milyon köpək balığının üzgəci kəsilir

18 Fevral 2013 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Honq-Konqda dam örtüklərinin üzərində qurudulan köpək balığı üzgəcləri görənləri, eşidənləri təəccübləndirir. Belə ki, daha əvvəl küçələrdəki yollarda aparılan bu proses artıq evlərin damına "transfer" olub. İndi Honq-Konq dünyanın ən lider köpək balığı üzgəcini ixracat edən şəhəridir. Bütün bunlar qismən yasaq olsa da, Avropa və Asiya yüksək miqdarda köpək balığı üzgəci idxal edir.

Qeyd edək ki, üzgəclər balıqların hərəkət etməsi, onların həyatda qalmasında böyük rol oynayır. Lakin bu halda onların üzgəcləri kəsildikdən sonra yenidən suya buraxılır. Bu önəmli orqanlarını itirən balıqlar üzə bilmir, dənizin dibinə çökərək, boğulurlar. Vücudu yeniləmək və gəncləşmək üçün istifadə edilən köpək balığı üzgəcləri tələbi mütəxəssislərin fikrincə, daha da artacaq. Statistikaya görə, hər il 30-70 milyon arası köpək balığı üzgəcinə görə öldürülür. Üzgəclər Asiyada ləzzətinə görə deyil, iyinə görə kateqoriyaya ayrılır. Onlar toylarda, böyük iş yeməklərində servis edilir. Və zənginlik simvolu sayılır.

"Köpək Balığı Vəqfi" 25 balıq növünün nəsli tükənmək üzrə olduğunu bildirib.

O.M.