Dünyanın ən amansız və ən böyük timsahı öldü

Dünyanın ən amansız və ən böyük timsahı öldü

12 Fevral 2013 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Filippinlərdə yaşayan dünyanın ən böyük duzlu su timsahı öldü. Agusan del Suraya bağlı Bunavan şəhərinin bələdiyyə sədri Edvin Cox Elorde bildirib ki, timsah əsasən turistlər üçün nəzərdə tutulmuş parkda saxlanıldığı qəfəsində ölüb. Onu beli üstə uzanmış, qarnı şiş vəziyyətdə tapıblar. 2011-ci ilə qədər - tutulana qədər ölümcül hücumların məsulu olan timsah "Ginnesin Rekordlar Kitabı"na düşüb. Onun uzunluğu 6 metr 17 sm olub.

Günel Həbib

O.M.