Dəyəri də böyükdür, anlamı da!

Dəyəri də böyükdür, anlamı da!

3 May 2011 12:15
Bəyəndim (0) Bəyənmədim (0)
Sunami və zəlzələ zərərçəkmişlərə kömək

Son olaraq 10 milyon dollara satılan çox yaxşı vəziyyətdəki bir "Stradivarius" skripkasının Yaponiyadakı zəlzələ və sunamidən zərər görənlərə kömək üçün satılacağı bildirilib.

1721-ci ildə istehsal edilmiş skripka "Nippon" musiqi fondu tərəfindən hərraca çıxarılacaq və gəlirin hamısı Şimali Yaponiya "Zəlzələ və Sunami Kömək Fondu"na göndəriləcək. "Lady Blunt" adlı alət keçən əsr satışa çıxarıldığı hər səfərdə rekord qiymətə satılıb. Son olaraq 2008-ci ildə 10 milyon dollara sahibini tapıb. Hərrac salonunun səlahiyyətliləri skripkanın 20 iyulda internet vasitəsilə satışa çıxarılacağını bildirdilər.

"Nippon"un əlində hazırda dünyanın ən yaxşı "Stradivarius" və "Quarneri" alətləri var. Xatırladaq ki, "Lady Blunt" adını eks sahiblərindən birindən götürüb.

Musiqi mənəvi qida olmaqla yanaşı maddi qida da ola bilərmiş...

Günel Həbib

O.M.