Bu da Azərbaycanın dünyada tək olan vertolyotu

Bu da Azərbaycanın dünyada tək olan vertolyotu

9 Fevral 2013 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar rayon sakini vertolyot düzəldib. Oxumeni.az-ın "Facebook" sosial şəbəkəsində həmin vertolyotun fotoları yerləşdirilib. O, Vertolyota Zaparoji matorunu quraşdırsa da, Rusiyadan mühərrik gətirmək arzusundadır.

Qusarın Samur qəsəbəsində yaşayan Mirzəxan İmamquluyev qeyri-adi bacarığı ilə düz 5 ildir ki, ərsəyə gətirmək istədiyi vertolyotu düzəltmək istəyir. Nəhayət, Mirzəxan İmamquluyev bu işin öhdəsindən gəlməyi bacarıb. 4-5 ildir ki, vertalyotuna maya buraxan Mirzaxan kişi bunu uçura bilmir ki, bilmir. Qazandığı pulları ancaq dolanışıq üçün güclə çatdıra bilən bu ağsaqqal vertolyotu üçün qonşu Rusiyadan mühərrik gətirmək planındadır. Əvvəl həmin vertolyota Zaparoji matorunu quraşdırıb, görüb ki, vertolyot azacıq göyə qalxa bilir, ancaq zaparoji matorlarına etibar olmadığı üçün qorxduğunu deyir.

O.M.