Mətbuatımız Afrika ölkələri səviyyəsindədir

Mətbuatımız Afrika ölkələri səviyyəsindədir

3 May 2011 10:34
Bəyəndim (0) Bəyənmədim (0)


Mərkəzi ABŞ-da fəaliyyət göstərən insan hüquqları və azadlıqları təşkilatı "Freedom House" yeni hesabat hazırladı. Dünyada mətbuat azadlığının vəziyyətini araşdıran təşkilat bu kateqoriyada ölkələri sıraladı. Mətbuata azadlıq verən ölkələr 100, digərləri isə aşağı ballarla qiymətləndirildi. Hətta dünya xəritəsində onları ballarına görə rəngləri ilə seçmək mümkün oldu. Bu baxımdan da əgər fikir versəniz, biz Afrikayla eyni rəngdəyik!


"Mətbuat azadlığı 2011: Qlobal Media Müstəqilliyi Araşdırması" 196 ölkəni müqayisə etdi. Onlardan 68-i "azad", 65-i "yarı azad", 63-ü isə "azad olmayan" kateqoriyalara daxil edildi. İlk yerləri Finlandiya, Norveç, İsveç, Belçika, İslandiya, Lüksemburq, Andorra, Danimarka, İsveçrə və Lixtenşteyn tutdu. Son sıralar isə Şimali Koreya, Türkmənistan, Özbəkistan, Liviya, Eritreya, Birma, Belarus, Kuba, İran və Ekvador tutdu.


Biz bu məlumatı qələmə ala biliriksə, deməli, Azərbaycanda mətbuat azadlığı var...

Günel Həbib

O.M.