Ölülərdən tatuaj vurulur

Ölülərdən tatuaj vurulur

2 May 2011 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Tatu sənətindəki yeni üsul müzakirələr yaradır. ABŞ-ın Ohayo ştatında yaşayan tatu ustası Travis Qrini digər həmkarlarından ayıran yeganə cəhət onun ölü küllərindən döymə vurmasıdır. Usta yaxınlarını itirmişlər üçün döymə sənətini tam başqa bir ölçüdə tanıdıb. İlk olaraq atası öldüyündə bu üsulu tətbiq edən Qrin mərhumun yanmış cəsədinin küllərindən istifadə edərək qıçına döymə vurub. Atasının daim onunla olduğunu və varlığını bədənində daşıdığını söyləyən ustanı tənqid edənlər də tapılır. Lakin o, heç kimə fikir vermir.

Bob Conson isə bu üsulun Travis Qrinə aid olmadığını söyləyərək, uzun illərdir bu şəkildə döymə vurduğunu ifadə edir. Tatunun bu növü yerli sağlamlıq səlahiyyətlilərini hərəkətə gətirib. Ancaq küllərin döymə edilməsini dəstəkləyənlər külün sterilizə edildiyini və hər hansı bir risk daşımadığını açıqlayırlar.


Məncə, həmin adamlar nə vaxtsa külü başlarına qoymalı olacaqlar...


Günel Həbib


O.M.