Gəlinliyin təqlidləri

Gəlinliyin təqlidləri

2 May 2011 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın dörd bir yanından Keyt Midletonun gəlinliyinin eynisini ərsəyə gətirmək üçün dərzilər qollarını çırmaladılar. İndi hər bir dərzi kraliyyət gəlininin paltarının birə-bir eynisini hazırlamaq üçün iynə-sapı, qayçını əlindən yerə qoymur. Onlardan biri də Amerikalı Allen Sxvartzdır. Tv-dən gördüyü gəlinliyi dərhal hazırlamağa başlayan dərzi xanım tam 5 saat sonra işinin başından ayrıldı. Özü də müvəffəqiyyətlə ayrıldı. "Alternakions Boutique" modalar evinin sahibəsi gəlinliyin cəmi 700 dollara başa gəldiyini vurğulayıb. Yəni bunun üçün sərvət xərcləməyə heç də ehtiyac yoxdur.


Siz bu yazını oxuyan zaman artıq bir neçə yüz dənə də plagiat gəlinlik tikilmiş oldu...


Günel Həbib


O.M.