500 il öncə ancaq yayda evlənə bilirdilər

500 il öncə ancaq yayda evlənə bilirdilər

2 May 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Doğrudurmu, səhvdirmi, bilmirik. Amma 1500-cü illərin İngiltərəsi ilə bağlı maraqlı məlumatlar hazırda gündəmi məşğul etməkdədir.


Aranızda şahzadə Uilyamın toyundan xəbərsiz olanlar çox güman ki, yoxdur. Həmin gün demək olar ki, dünya əhalisinin tən yarısı - milyardlarla insan şahzadə toyunu izləyirdi. Amma bir zamanlar İngiltərədə insanlar ancaq yayda evlənə bilirdilər. Çünki...


İnsanların çoxu iyunda evlənirdi. Çünki illik çimmələri yalnız may ayında gerçəkləşirdi. İyunda isə pis qoxu yenidən baş qaldırırdı. Buna görə də gəlinlər vücudlarındakı pis iyi basdırmaq üçün əllərindəki çiçəkdən vaz keçmirdilər.


Vanna otağında taxtadan çəllək olurdu. O çəlləklərdəki suyu əvvəlcə qızdırırdılar. Sonra isə evin kişisi ilk olaraq çirkini tökürdü. Ondan sonra evin oğulları, sonra qadınlar, sonra isə balacalar eyni suda çimirdilər. Sonda su o qədər çirkli hala gəlirdi ki, onun içində nələrisə itirmək və tapmamaq mümkün idi. İngilis dilində "Hamam suyu ilə birlikdə uşağı da atmayın", - deyimi də buradan gəlir.


İndi isə ingilislər dünyaya "mədəniyyət" dərsi keçir...


Günel Həbib


O.M.