Dünyanın subay şahzadələri

Dünyanın subay şahzadələri

1 May 2011 10:53
Bəyəndim (0) Bəyənmədim (0)
Gənc, yaraşıqlı, zəngin və subay!

Dünyanın ən yaraşıqlı, gənc və subay şahzadələri. Diqqət! Diqqət! Qızların nəzərinə....

1. Şahzadə Uilyamın özündən kiçik 26 yaşlı qardaşı şahzadə Herri! Qardaşından sonra taxta çıxacaq ilk namizəd! Əyləncəyə, qızlara, gecə həyatına, partilərə həvəsi ilə tanınan şahzadə anası öldüyündə 12 yaşında idi. Marixuana ilə yaxalandı, hiyləgərlikdə günahlandırıldı. Amma bundan əlavə, Afrikadakı QİÇS-li uşaqlarla bağlı sənədli filmə imzasını atdı. Əfqanıstanda cəbhədə iştirak etdi, "Apache" helikopterinin pilotu oldu. Bu, medianın marağını çəkincə, vəzifəsindən azad edildi.

2. Monako şahzadəsi Andrea 1984-cü ildə anadan olub. Monako kraliçası Karolinin oğludur. Atası isə italyan benzin imperatoru Stefano Qasiraghidir. Taxta anasından sonra üçüncü namizəddir. Dünyanın ən gözəl 50 insanı arasında yer alan şahzadə "Forbes"in 2008-ci ildə bu kateqoriyada qonağı olub. 5 dil bilir. "Swatch" saat kolleksiyası var. Futbol fanatıdır və uzun məsafə qaçışını sevir. Onu ölkəsnin küçələrində sürüşərkən görə bilərsiniz.

3. Lüksemburq şahzadəsi Quillaume 30 yaşındadır. Taxta çıxış sıralamasında isə birinci yerdədir. Gələcəyin bacarıqlı krallarından biri olaraq göstərilir. İngiltərənin Durham Universitetini bitirib. Sürüşmək, dəniz və tenisə olan həvəsi ilə bilinir. Fransız, ingilis, alman, ispan dillərini bilir.

4. Yunanıstan və Danimarka şahzadəsi Filipposun 24 yaşı var. İki ölkəsi olan şahzadənin atası Yunanıstanın son kralı Konstantindir. Anası isə Danimarka şahzadəsi Ani-Meyrdir. Georqtaun Universitetini bitirib. Kompütrə çox həvəsi var. Şahzadənin ölkəsində gerçək bir kral olma ehtimalı yoxdur. Çünki Yunanıstan monarxiyanı 1973-cü ildə buraxıb.

5. İsveç şahzadəsi Karl Filip Orlando Bluma bənzəməsi ilə məşhurdur. 31 yaşlı Karl əslində taxta namizədlər arasında ilk sırada idi. Ancaq doğumundan qısa müddət sonra ölkəsində qanunlar dəyişdi. İndi isə bacısı ilk, o isə növbəti sıradadır. Şahzadə avtomobillərə olan həvəsi ilə məşhurdur. Eyni zamanda fotoqraf kimi də artıq professionala çevrilib. Universiteti bitirər-bitirməz səyahət edir, rəsmi işlərlə maraqlanır. Sənət aləminin bəyəndiyi bir neçə sərgi açıb. Bacısı Madelaynın isə dəblə heç əlaqəsi yoxdur. Hər zaman dəbsiz geyimlərinə görə müzakirə obyektinə çevrilir.

Günel Həbib